Tam versiya
Ana səhifə XƏBƏRLƏR Gürcüstanın Baş naziri İrakli Kobaxidze ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
XƏBƏRLƏR

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO


Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın baş nazirini Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşılayıblar.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →