• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda 19, rayonlarda 24 dərəcə isti olacaq - Sabahın HAVASI

    02

    apr

    Bakıda 19, rayonlarda 24 dərəcə isti olacaq - Sabahın HAVASI

    Aprelin 3-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq.

    Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

    Azərbaycanın rayonlarında:

    Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.


    Tarix : 2-04-2024, 13:55 | Oxunub: 141