Ana səhifə›
XƏBƏRLƏR
›
Bakıda 19, rayonlarda 24 dərəcə isti olacaq - Sabahın HAVASI
XƏBƏRLƏR
Bakıda 19, rayonlarda 24 dərəcə isti olacaq - Sabahın HAVASI
Ekologiya
AMP
Aprelin 3-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.Azərbaycanın rayonlarında:Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.