• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

    06

    apr

    Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

    6 aprelə olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, aprelin 5-i axşamdan 6-sı səhərədək bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 17 sm, Qrızda 1 sm olub.

    Düşən yağıntının miqdarı Qaxda 10 mm, Gədəbəydə 9 mm, Daşkəsəndə 7 mm, Göygöl, Şəkidə 5 mm, Gəncə, Şahdağda 3 mm, Şəmkir, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Qusar, Quba, Qrız, Xınalıq, Mingəçevir, Xaçmaz, Yevlax, İmişli, Sabirabad, Naftalanda 2 mm-dək olub.

    Qrız, Daşkəsən, Şəkidə duman müşahidə olunub.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23-27 dərəcə, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 13-17 dərəcəyədək isti olub.

    Tarix : 6-04-2024, 12:10 | Oxunub: 1 528