Tam versiya
Ana səhifə XƏBƏRLƏR Şəmkirdə 2 mərtəbəli fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar VAR
XƏBƏRLƏR

Şəmkirdə 2 mərtəbəli fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar VAR


Şəmkir rayon Çaparlı kəndində 2 mərtəbəli fərdi evdə partlayış olub, 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çaparlı kənd sakini, Murad Mərdənova məxsus 2 mərtəbəli evdə qeydə alınıb.

Hadisə zamanı bir ailənin 3 üzvü - 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985 təvəllüdlü Bəsdi Mərdanova və 1 yaşlı uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qazsızma nəticəsində baş vermiş partlayış səbəbindən evin hər iki mərtəbəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →