• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəmkirdə 2 mərtəbəli fərdi yaşayış  evində partlayış olub, xəsarət alanlar VAR

    07

    apr

    Şəmkirdə 2 mərtəbəli fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar VAR

    Şəmkir rayon Çaparlı kəndində 2 mərtəbəli fərdi evdə partlayış olub, 3 nəfər xəsarət alıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çaparlı kənd sakini, Murad Mərdənova məxsus 2 mərtəbəli evdə qeydə alınıb.

    Hadisə zamanı bir ailənin 3 üzvü - 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985 təvəllüdlü Bəsdi Mərdanova və 1 yaşlı uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

    Qeyd edək ki, qazsızma nəticəsində baş vermiş partlayış səbəbindən evin hər iki mərtəbəsinə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 7-04-2024, 12:28 | Oxunub: 1 637