Tam versiya
Ana səhifə XƏBƏRLƏR Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib
XƏBƏRLƏR

Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.

"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb

Paylaş:
Tam mətni oxu →