• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib

    08

    apr

    Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.

    Trend-in məlumatına görə, bununla bağlı Nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.

    "Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.

    Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb

    Tarix : 8-04-2024, 09:45 | Oxunub: 1 802