• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda ov tüfəngləri polisə təhvil verilib

    17

    apr

    Cəlilabadda ov tüfəngləri polisə təhvil verilib

    Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

    Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahını, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.


    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Tarix : 17-04-2024, 09:58 | Oxunub: 1 910