• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

    19

    apr

    Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

    İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.

    Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

    Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağı tərketmə prosesi yekunlaşdıqdan sonra Xocalı aeroportu boşaldılacaq.

    Ekspert deyir ki, Xocalı aerportu bir neçə rayonun ərazisinə yaxın olduğuna görə xüsusi əhəmiyyətə malikdir. Sözügedən məkanın yükdaşıma üçün də böyük potensialı var.

    Ekspert əlavə edib ki, Xocalı aerportunun texniki imkanları da genişləndiriləcək.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

    Tarix : 19-04-2024, 10:22 | Oxunub: 39