• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabahla bağlı hava proqnozu AÇIQLANDI -  Güclü külək əsəcək, yağış yağacaq

    01

    may

    Sabahla bağlı hava proqnozu AÇIQLANDI - Güclü külək əsəcək, yağış yağacaq

    Azərbaycanda mayın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.


    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

    Tarix : 1-05-2024, 15:15 | Oxunub: 1 873