• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dünən axşam Şahdağa güclü qar yağıb

    06

    may

    Dünən axşam Şahdağa güclü qar yağıb

    Dünən gecə olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya xidməti məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Qəbələ, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Şəki, Zaqatala, Altıağac, Xınalıq, Ağdam, Tərtər, Mingəçevir, Göyçay, Kürdəmir, Lənkəran, Goranboy, Naftalan, Daşkəsən, Ağcabədi, İsmayıllı, Şamaxı, Ağsu, Sabirabad, Cəfərxan, Yevlaxda arabir leysan xarakterli yağış, Şahdağda isə üclü qar yağıb.

    Zərdab rayonunun Allahqulubağı və Əliyarlı kəndinə saat 19:30-19:37 radələrində diametri 0.8-1.0 mm olan dolu düşüb.

    Tarix : 6-05-2024, 10:53 | Oxunub: 39