• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

    07

    may

    Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

    Mayın 7-si saat 15:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan Muxtar Respublikası, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.


    Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.

    Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında arabir 23 metr/saniyəyədək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.4 metrə çatıb.


    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14°, Naxçıvan MR-da 16-19°, Aran rayonlarında 18°, dağlıq rayonlarda isə 4-8°-dək isti qeydə alınıb.

    Tarix : 7-05-2024, 16:05 | Oxunub: 54