Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib - FOTO
XƏBƏRLƏR

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib - FOTO


Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Hadisə yerinə agentliyin əməkdaşları və texnikası cəlb olunub. Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.


Paylaş:
Tam mətni oxu →