• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib - FOTO

    09

    may

    Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib - FOTO

    Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

    Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Hadisə yerinə agentliyin əməkdaşları və texnikası cəlb olunub. Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.


    Tarix : 9-05-2024, 16:55 | Oxunub: 2 343