• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəzi yerlərdə şimşək çaxıb, leysan olub, dolu düşüb - FAKTİKİ HAVA

    10

    may

    Bəzi yerlərdə şimşək çaxıb, leysan olub, dolu düşüb - FAKTİKİ HAVA

    Mayın 10-u saat 16:00-a olan məlumata əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

    Göygöl, Gədəbəy, Gəncə, Şəmkir, Qusar, Balakən, Zaqatala, Şəki, Qaxda yağış, Şahdağda isə zəif qar yağıb.

    Gədəbəydə saat 14:10-14:18 radələrində diametri 9 mm, Daşkəsəndə saat 14:45-14:47 radələrində diametri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsi ərazisinə saat 15:00-15:18 radələrində 17 mm olan dolu düşüb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR və Aran rayonlarında 20-24, dağlıq rayonlarda 9-12 dərəcə isti olub.

    Tarix : 10-05-2024, 16:45 | Oxunub: 147