• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ölkədə baş verən zəlzələdə ağır xəsarət alanlar var - 300 evə ciddi ziyan dəyib

    11

    may

    Ölkədə baş verən zəlzələdə ağır xəsarət alanlar var - 300 evə ciddi ziyan dəyib

    İranın Fars əyalətinin Ahel şəhərində 4,6 və 2,8 bal gücündə iki zəlzələ baş verib.

    Ekologiya.az  xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    Tehran Universitetinin Seysmoloji Mərkəzinin məlumatına görə, 4,6 bal gücündə birinci zəlzələ Fars əyalətinin Ahel rayonunda qeydə alınıb, ikincisi isə afterşok kimi görünüb.  Zəlzələlər yer səthindən 22 və 10 kilometr dərinlikdə baş verib.

    Zəlzələnin episentrində yerləşən Aşkenan rayonunun rəsmisi bildirib ki, zəlzələ nəticəsində iki nəfər xəsarət alıb. O, yaxınlıqdakı 300-dən çox evin zərər gördüyünü açıqlayıb. KONKRET.az

    Tarix : 11-05-2024, 20:06 | Oxunub: 4 657