• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ceyhun Bayramov isveçrəli həmkarı ilə COP29-u müzakirə etdi

    07

    iyn

    Ceyhun Bayramov isveçrəli həmkarı ilə COP29-u müzakirə etdi

    Xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis arasında telefon danışığı olub.

    XİN-dən bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində görülən işlər müzakirə edilib.

    Telefon danışığında həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Tarix : 7-06-2024, 12:30 | Oxunub: 1 584