İyulun 22-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Həmçinin narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 42,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 81 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 3,7 ton çəkidə 30 min 56 çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara və 8 tüfəng aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər də saxlanılıb.