Tam versiya
Ana səhifə XƏBƏRLƏR “Arpaçay” çınqıl-qum qarışığı yatağı hərraca çıxarıldığı bildirildi - FOTO
XƏBƏRLƏR

“Arpaçay” çınqıl-qum qarışığı yatağı hərraca çıxarıldığı bildirildi - FOTO


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən “Arpaçay” çınqıl-qum qarışığı yatağından ayrılmış sahə (6,3 ha) hərraca çıxarılıb.

Keçirilmiş hərracda “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC 28 min 500 manat məbləğlə auksionun qalibi olub.



Paylaş:
Tam mətni oxu →