“Arpaçay” çınqıl-qum qarışığı yatağı hərraca çıxarıldığı bildirildi - FOTO
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən “Arpaçay” çınqıl-qum qarışığı yatağından ayrılmış sahə (6,3 ha) hərraca çıxarılıb.
Keçirilmiş hərracda “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC 28 min 500 manat məbləğlə auksionun qalibi olub.
![]()
![]()