• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Pirsaat çayı daşdı — Bu rayonda bağlar və kəndarası yolları su altında qaldı

    15

    iyn

    Pirsaat çayı daşdı — Bu rayonda bağlar və kəndarası yolları su altında qaldı

    Hacıqabul rayonu ərazisində Pirsaat çayından sel keçib.

    "Report"un Aran bürosunun məlumatına görə, Şamaxı rayonunda yağan leysan xarakterli güclü yağışlar nəticəsində rayon ərazisindən keçən Pirsaat çayının gecə saatlarında daşmasına səbəb olub.

    Yerli sakinlərin dediklərinə görə, nəticədə el arasında “Yeddi para” adlanan Udulu kəndi ərazisində çay qırağı nar bağları su altında qalıb. Bəzi ərazidə kəndarası yolları su basıb. Elektrik şiti və dirəkləri su içində qalıb.

    Hazırda Pirsaat çayında suyun səviyyəsi aşağı düşdüyündən təhlükə sovuşub.

    Tarix : 15-06-2024, 13:25 | Oxunub: 2 512