• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 Azərbaycan üçün vacib tədbirdir - Nadir Zeynalov

    20

    iyn

    COP29 Azərbaycan üçün vacib tədbirdir - Nadir Zeynalov

    COP29 Azərbaycan üçün vacib tədbirdir. Azərbaycan ilk dəfə bu cür böyük tədbirə ev sahibliyi edəcək.

    Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda hər il COP-dan öncə keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zaman deyib.

    Nazir müavini bildirib ki, biz hər birimiz bu konfransı yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edirik.

    “Səhiyyə Nazirliyi olaraq COP29 vaxtı yüksək səviyyəli tibbi xidmət göstərmək üçün hazırlıq görürük. Azərbaycana çoxlu sayda insanlar gələcək və onların yarana biləcək sağlamlıq problemlərinin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiririk”, - deyə o əlavə edib. Ekologiya.az

    Tarix : 20-06-2024, 13:55 | Oxunub: 3 952