• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

    27

    iyn

    Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

    Çaylarda faktiki vəziyyət açıqlanıb.

    Ekologiyta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Vurğulanıb ki, iyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran -Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb. Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.

    Tarix : 27-06-2024, 11:30 | Oxunub: 2 384