• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yağışla əlaqədar çaylarda sululuq artdı

    28

    okt

    Yağışla əlaqədar çaylarda sululuq artdı

    Yağan yağıntılarla əlaqədar Respublikanın bəzi çaylarında sululuq artıb.

    Teleqraf.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

    Onun sözlərinə görə, ölkə ərazisində yağan yağıntılarla əlaqədar Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm, Böyük Qafqazın ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 11, Bərgüşadçayda 2, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayda isə 2 sm artm qeydə alınıb.

    Tarix : 28-10-2024, 20:40 | Oxunub: 2 496