Ana səhifə›
XƏBƏRLƏR
›
Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib
XƏBƏRLƏR
Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib
Ekologiya
AMP
Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib.Ekologiya.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimi müəyyənləşib:Komissiyanın həmsədriAzərbaycan Respublikasının energetika naziriKomissiyanın üzvləri:Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müaviniAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniAzərbaycan Respublikası mədəniyyət nazirinin müaviniAzərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniAzərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müaviniAzərbaycan Respublikası elm və təhsil nazirinin müaviniAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müaviniAzərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müaviniAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiƏlət azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədriAzərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.Sərəncamda qeyd olunub ki, Birgə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirəcək.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Albaniya Respublikası tərəfinə müvafiq bildiriş göndərəcək.