• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN açıqlama yaydı: Sel səbəbindən 81 nəfər təxliyə olunub

    29

    iyn

    FHN açıqlama yaydı: Sel səbəbindən 81 nəfər təxliyə olunub

    Hacıqabulda 8-i uşaq olmaqla 81 sakin FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Bu barədə Ekologiya.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Tarix : 29-06-2024, 09:00 | Oxunub: 5 256