• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ölkə ərazisinin bəzi yerlərində sürüşmə və çökmə prosesləri qeydə alınıb

    03

    iyl

    Ölkə ərazisinin bəzi yerlərində sürüşmə və çökmə prosesləri qeydə alınıb

    Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.


    Bunu AZƏRTAC-a Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib. O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2 kilometr şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci kilometrdə sürüşmə və çökmə prosesləri qeydə alınıb.


    “Hazırda agentliyin əməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma və monitorinqlər davam etdirilir”, - deyə Ə.Əliyev əlavə edib.

    Tarix : 3-07-2024, 17:00 | Oxunub: 1 936