Xətai rayonu ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.


Bu barədə AZƏRTAC-a Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

Bildirilib ki, ərazidə araşdırma və monitorinq aparılır, nəticələr barədə məlumat veriləcək.


O qeyd edib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə edilir.