Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ölkə ərazisinin bəzi yerlərində sürüşmə və çökmə prosesləri qeydə alınıb
XƏBƏRLƏR

Ölkə ərazisinin bəzi yerlərində sürüşmə və çökmə prosesləri qeydə alınıb


Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.


Bunu AZƏRTAC-a Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib. O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2 kilometr şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci kilometrdə sürüşmə və çökmə prosesləri qeydə alınıb.


“Hazırda agentliyin əməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma və monitorinqlər davam etdirilir”, - deyə Ə.Əliyev əlavə edib.

Paylaş:
Tam mətni oxu →