Havada toz  müşahidə olunub.
Bakı şəhəri və Abşeron  yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq  toz müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən  hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır. 
“Tozlu hava şəraitinin  gün ərzində davam edəcəyi  gözlənilir”.Ekologiya.az