• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN: Altı ay ərzində vətəndaşlar tərəfindən 1029 odlu silah könüllü təhvil verilib

    09

    iyl

    DİN: Altı ay ərzində vətəndaşlar tərəfindən 1029 odlu silah könüllü təhvil verilib

    Polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2024-cü ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 1029 ədəd odlu silah könüllü təhvil verilib.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, könüllü təhvil verilən odlu silahlardan 40-ı avtomat, 14-ü tapança, 975-i ov tüfəngi olub.


    “Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad olunur. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə, faciəyə səbəb ola bilər”, - deyə nazirlikdən bildirilib.

    Tarix : 9-07-2024, 18:54 | Oxunub: 2 016