• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

    10

    iyl

    Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

    İyulun 11-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Şəki, Gəncə, Şəmkir, Samux, Ağdam, Naftalan, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Salyan, Biləsuvar, Neftçala və Cəlilabadda şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

    Tarix : 10-07-2024, 18:50 | Oxunub: 1 888