• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava bu tarixdən kəskin dəyişir: Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ

    04

    dek

    Hava bu tarixdən kəskin dəyişir: Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologıya.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Qeyd olunub ki, dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

    Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

    Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

    Tarix : 4-12-2023, 15:31 | Oxunub: 147