Ana səhifə›
XƏBƏRLƏR
›
Azərbaycanda yüklə dolu qatar aşdı - RƏSMİ AÇIQLAMA
XƏBƏRLƏR
Azərbaycanda yüklə dolu qatar aşdı - RƏSMİ AÇIQLAMA
Ekologiya
AMP
Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.Qeyd olunub ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub:"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".