• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda yüklə dolu qatar aşdı - RƏSMİ AÇIQLAMA

    16

    iyl

    Azərbaycanda yüklə dolu qatar aşdı - RƏSMİ AÇIQLAMA

    Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.

    Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

    Qeyd olunub ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub:

    "Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".

    Tarix : 16-07-2024, 19:18 | Oxunub: 1 792