Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Abşeronda ağacların qanunsuz kəsildiyini aşkarlayıb, tədbir gördü
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Abşeron rayonu ərazilərində ağacların qanunsuz kəsildiyi aşkar ounub.
Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu S.Mehmandarov küçəsi 50 saylı binanın arxa hissəsində, Cəvahir Hacıyevaya məxsus torpaq sahəsində və Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yerləşən avtodayanacağın giriş hissəsində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.