• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Abşeronda ağacların qanunsuz kəsildiyini aşkarlayıb, tədbir gördü

    18

    iyl

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Abşeronda ağacların qanunsuz kəsildiyini aşkarlayıb, tədbir gördü

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Abşeron rayonu ərazilərində ağacların qanunsuz kəsildiyi aşkar ounub. 

    Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu S.Mehmandarov küçəsi 50 saylı binanın arxa hissəsində, Cəvahir Hacıyevaya məxsus torpaq sahəsində və Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yerləşən avtodayanacağın giriş hissəsində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
    Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.Ekologiya.az

    Tarix : 18-07-2024, 20:23 | Oxunub: 2 536