• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

    20

    iyl

    FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.


    FHN-in mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.


    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.




    Tarix : 20-07-2024, 16:29 | Oxunub: 1 648