• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN ötən həftə 52 nəfəri xilas edib

    08

    sen

    FHN ötən həftə 52 nəfəri xilas edib

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 611 yanğına çıxış təmin edilib.

    FHN-dən Ekologiya.az-a verilən məlumata əsasən, 37 halda köməksiz vəziyyətdə qalma, 10 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 52 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 14 nəfər təxliyə olunub, 16 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

    Tarix : 8-09-2025, 12:40 | Oxunub: 944