Rusiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Ekologiya.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi xəbər verib.

Məlumata əsasən, zəlzələnin ocağı 180,3 km dərinlikdə yerləşib.

Yeraltı təkanların ocağı Petropavlovsk-Kamçatski şəhərindən 37 km aralıda olub.