Tam versiya
Ana səhifə XƏBƏRLƏR Mikroavtobus avtomobillə toqquşub, bir ölü, çox sayda yaralı var
XƏBƏRLƏR

Mikroavtobus avtomobillə toqquşub, bir ölü, çox sayda yaralı var


Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Tam mətni oxu →