• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Mikroavtobus avtomobillə toqquşub, bir ölü, çox sayda yaralı var

    29

    avq

    Mikroavtobus avtomobillə toqquşub, bir ölü, çox sayda yaralı var

    Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

    Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Tarix : 29-08-2024, 12:27 | Oxunub: 2 728