Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar tədbir keçirilib - FOTO
26 sentyabr Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar balıq populyasiyasının təbii artımına və bərpasına töhfə vermək məqsədilə parkın ərazisində balıq buraxılışı həyata keçirilib.
Ekologiya.az bildirir ki, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı tərəfindən yetişdirilmiş çəkikimi balıq körpələri Kiçik Qızılağac körfəzinə buraxılıb.