26 sentyabr Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar balıq populyasiyasının təbii artımına və bərpasına töhfə vermək məqsədilə parkın ərazisində balıq buraxılışı həyata keçirilib.
Ekologiya.az bildirir ki, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı tərəfindən yetişdirilmiş çəkikimi balıq körpələri Kiçik Qızılağac körfəzinə buraxılıb.
Tədbir çərçivəsində Turac marşrutu üzrə piyada və qayıqla gəzinti həyata keçirilib. Tədbirin sonunda “Qızılağac Milli Parkı - Xəzər nağılı” filmi nümayiş olunub.