Ana səhifə›
XƏBƏRLƏR
›
Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək
XƏBƏRLƏR
Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək
Ekologiya
AMP
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə A.Lukaşenko Minskdə Azərbaycan Baş naziri Əli Əsədovla görüşündə bildirib.Ə.Əsədov Bakıda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Belarus Prezidentinə təqdim edib.“Biz Sizin şəxsi iştirakınıza xüsusi önəm veririk, bu, konfransa ayrıca status verəcək”, - baş nazir vurğulayıb.