• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək

    04

    okt

    Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək

    Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.

    “Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə A.Lukaşenko Minskdə Azərbaycan Baş naziri Əli Əsədovla görüşündə bildirib.

    Ə.Əsədov Bakıda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Belarus Prezidentinə təqdim edib.

    “Biz Sizin şəxsi iştirakınıza xüsusi önəm veririk, bu, konfransa ayrıca status verəcək”, - baş nazir vurğulayıb.

    Tarix : 4-10-2024, 09:15 | Oxunub: 1 600