• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib

    09

    okt

    Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib

    Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Azərbaycanda işgüzar səfərdədir.

    “Report” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “İqlim dəyişikliyi ilə mübarizədə daha bir mühüm həftə Bakıda başlayır. Bu həftə ərzində diqqət COP29 danışıqlarına yekun hazırlıqlara yönəldiləcək. Nümayəndə heyətimizə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti rəhbərlik edir”, - Britaniya səfiri Ferqus Auld videomüraciətində bildirib.

    Tarix : 9-10-2024, 14:50 | Oxunub: 1 352