“Mavi Xəzər sənin gözündə” poster-dizayn müsabiqəsi davam edir
26 sentyabr “Ümumdünya Dəniz Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən poster-dizayn müsabiqəsi elan edilib.
25 oktyabr tarixinədək davam edəcək müsabiqə çərçivəsində təqdim edilən dizaynlar yaradıcılığı, orijinallığı, müasir trendlərə əsaslanmanı, keyfiyyəti və müsabiqənin mövzusuna uyğunluğu əks etdirməlidir.
İştirak etmək istəyən dizaynerlər əlaqə nömrələrini, öz dizayn işlərini və şəxsiyyət vəsiqələrini
[email protected] e-mail ünvanına təqdim etməklə müraciət edə bilərlər.
Müsabiqənin şərtləri və qaydaları ilə bağlı ətraflı məlumat:
![🎁]()
Qeyd edək ki, müsabiqədə 3 mükafat təqdim ediləcək:
![🔸]()
Birinci yerin qalibi - 700 manat
![🔸]()
İkinci yerin qalibi - 500 manat
![🔸]()
Üçüncü yerin qalibi - 300 manat
Müsabiqədə iştirak etmək üçün tələsin!