“Mavi Xəzər sənin gözündə” poster-dizayn müsabiqəsi davam edir
26 sentyabr “Ümumdünya Dəniz Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən poster-dizayn müsabiqəsi elan edilib.
25 oktyabr tarixinədək davam edəcək müsabiqə çərçivəsində təqdim edilən dizaynlar yaradıcılığı, orijinallığı, müasir trendlərə əsaslanmanı, keyfiyyəti və müsabiqənin mövzusuna uyğunluğu əks etdirməlidir.
İştirak etmək istəyən dizaynerlər əlaqə nömrələrini, öz dizayn işlərini və şəxsiyyət vəsiqələrini pr@eco.gov.az e-mail ünvanına təqdim etməklə müraciət edə bilərlər.
Müsabiqənin şərtləri və qaydaları ilə bağlı ətraflı məlumat: